O sənədlərdə Maykl Cekson da var imiş... - FOTOlar

ABŞ Ədliyyə Nazirliyi və Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən Jeffrey Epstein işi ilə bağlı minlərlə yeni sənəd və fotoşəkil ictimaiyyətə açıqlanıb. 

O sənədlərdə Maykl Cekson da var imiş... - FOTOlar
ABŞ Ədliyyə Nazirliyi və Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən Jeffrey Epstein işi ilə bağlı minlərlə yeni sənəd və fotoşəkil ictimaiyyətə açıqlanıb. 

meqale.com xəbər verir ki, yeni yayımlanan materiallarda dünya şöhrətli pop müğənnisi Maykl Cekson və ABŞ-ın sabiq prezidenti Bill Clintonun da yer aldığı iddia olunur.Sənədlərdə Maykl Ceksonun Bill Clintonla birlikdə çəkilmiş fotoları, eləcə də Mayklın Jeffrey Epşeynlə məkanda görüntüləndiyi şəkillər yer alır. Digər kadrlarda isə Bill Clintonun istirahət şəraitində olduğu iddia edilən görüntülər mövcuddur.

18-19 dekabr tarixlərində yayımlanan ilkin materiallarda sabiq prezident Bill Clintonla yanaşı, amerikalı filosof Noam Chomsky və siyasi fəal Steve Bannonun da fotolarının olduğu bildirilir.

Bundan başqa, Epşteyn əlaqə siyahısında ABŞ prezidenti Donald Trampın adının yer aldığı qeyd olunur. Ağ Ev açıqlamasında administrasiyanın "tarixin ən şəffaf rəhbərliyi" olduğunu bildirib və sənədlərin Konqresin tələbi ilə dərc edildiyini vurğulayıb.

Rəsmi açıqlamada qeyd olunub ki, sənədlər yayımlanarkən qurbanların və şəxsi məlumatların qorunması üçün mümkün qədər redaktələr aparılsa da, materialların həcminə görə həssas məzmunun yer alması istisna edilmir.

Məlumata görə, Prezident Donald Tramp hələ noyabr ayında Epşteynlə bağlı bütün sənədlərin açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.