Bakıda gənc qız itkin düşdü - FOTO
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə meqale.com-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, onun boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir.