Bakıda gənc qızı avtomobil vurub
Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa yolunda qeydə alınıb.
1998-ci il təvəllüdlü İlqarzadə Məryəm Xanzadə qızını yolu keçərkən avtomobil vurub.
Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.