Bakıda itkin kimi axtarılan qadınlar ölkəni tərk edibmiş
Bakıda itkin düşmüş şəxs kimi axtarılan iki qadının ölkəni tərk etdikləri müəyyən edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, polisin apardığı tədbirlərlə itkin düşmüş kimi axtarışda olan Risalə Zəkiyeva və Nəzrin Süleymanovanın ölkədə olmadıqları müəyyənləşib.
R. Zəkiyevanın 9 iyun, N.Süleymanovanın isə 11 iyun tarixində təyyarə ilə Türkiyəyə getdikləri dəqiqləşib.