Bakıda kirayədə qaldıqları evi soyan ana-bala TUTULDU

Bakıda evdən oğurluq edilib.

Bakıda kirayədə qaldıqları evi soyan ana-bala TUTULDU
Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən meqale.com-a verilən xəbərə görə, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.