Bakıda neft quyusundan meyit tapıldı
Bakının Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyiti aşkarlanıb.
meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.