Bakıda oğurluq hadisəsi anbaan görüntüləndi - VİDEO
Bakının Xəzər rayonunda oğurluq hadisəsi qeydə alınıb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, Ə.İsazadə küçəsində qeydə alınıb.
Belə ki, Ataməli Nəbiyevə məxsus velosiped işlədiyi avtomobil sexinin qarşısından tanımadığı şəxs tərəfindən oğurlanıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Fakt araşdırılır.