Bakıda qəbiristanlıqda həmyaşıdı öldürən yeniyetməyə hökm oxundu

Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.nin cinayət işi üzrə məhkəmənin yekun keçirilib.

Bakıda qəbiristanlıqda həmyaşıdı öldürən yeniyetməyə hökm oxundu
Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.nin cinayət işi üzrə məhkəmənin yekun keçirilib.

meqale.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y.M. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib. Yetkinlik yaşına çatmayan H.Q-nin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan Y.M-in aralarında yaranmış mübahisə zamanı bıçaqla H.Q-in bud nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.