Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO - FOTO
Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.
meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.