Bakıda restoran sahibinin özbaşınalığının qarşısı alındı - FOTO

Bakının Yasamal rayonu, Məmməd Rahim küçəsində restoran sahibi tərəfindən zəbt edilən səki ilə bağlı müvafiq qurum tədbir görüb.

Bununla bağlı meqale.com-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən səkiyə bərkidilən dirəklər sökülüb, ərazi təmizlənib.