Bakıda “Salam” Ikinci Beynəlxalq Yeniyetmə Film Festivalının açılışı olub - FOTO

Bu gün Bakıda "Salam" Ikinci Beynəlxalq Yeniyetmə Film Festivalının açılışı olub. Tədbir Zirə Ekopark Mədəniyyət Mərkəzində keçirilib. Müxtəlif ölkələrdən 350-dən çox yeniyetmə ilə yanaşı, fəxri qonaqlar da iştirak edib. Festivalın bədii rəhbəri Leyla Dostəlizadə, proqram direktoru Nərgiz Bağırzadə, həmçinin festivalın xarici qonaqları, Universal Kids Film Festivalının direktoru (Türkiyə) - Rowena Martinez Ulayan və təsisçi professor Said Manqinin (Pakistan) ruhlandırıcı çıxışlarından sonra Festivalın təsisçisi və prezidenti Nəriman Məmmədov festivalı açıq elan edib.

Festivalın ilk günündə "Dancing Queen" (2023, Norveç, rejissor: Aurora Qosse) və "Arnold is a model student" (2022, Tailand, Sinqapur, Fransa, Hollandiya, Filippin, rejissor: Sorayos Prapapam) filmləri iştirakçılara nümayiş etdirilib və rejissor Orxan Ağazadə tərəfindən rejissorluq, Eldar İsmayılov, Qurban Bünyatov, Tərlan Rəsulov, Əsmər Abdullayeva tərəfindən isə kinomarafon üzrə seminarlar keçirilib.

"Nərimanfilm" kinostudiyası "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin "PAŞA Holdinq"in baş sponsorluğu ilə keçirir.

Kinostudiya tərəfindən 2-5 sentyabr 2019-cu il tarixlərində keçirilən birinci "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalı çox böyük müvəffəqiyyətlə baş tutmuşdu. Müxtəlif ölkələrin filmlərinin nümayişi, rejissor və aktyorlarla görüşlərin keçirilməsi, filmlərin müzakirə olunması, eləcə də, Festival ərzində yeniyetmələr tərəfindən çəkilmiş qısa video çarxların ekranda nümayiş etdirilməsi  qonaqlarda və iştirakçılarda xoş təəssürat yaratmış, tədbirdə iştirak edən 300-ə yaxın yeniyetmənin hər biri həmin dörd günü məmnunluq hissi ilə keçirmişdi. Bir sözlə, 11 ölkənin (Almaniya, İtaliya, Makedoniya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Xorvatiya, Hindistan, Pakistan və Azərbaycan) nümayəndələrini öz sıralarında birləşdirən Festival cəmiyyətimizin mədəni həyatında özünəməxsus yer tutmağa nail olmuş,  həm Azərbaycanda, həm də digər ölkələrdə müsbət əks-səda doğurmuşdu. Bunun nəticəsi olaraq, ikinci "Salam" BYFF-da iştirak üçün "Narimanfilm"-ə həm Bakı və regionların məktəblərindən, həm də xarici ölkələrdən müraciətlər gəlməkdədir.

Qeyd etmək istəyirik ki, "Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin təbliği, gənclliyimizin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda  keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır .