Bakıda saxta dollarlar yayılıb - DİQQƏT

Bakıda saxta valyuta ilə mobil telefon və elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib.

Bakıda saxta dollarlar yayılıb - DİQQƏT
Bakıda saxta valyuta ilə mobil telefon və elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib.

Paytaxt sakini 4 nəfər naməlum şəxsin ondan satışa qoyduğu 3 ədəd mobil telefonu alaraq əvəzində 5000 ABŞ dolları verdiyini, sonradan həmin əsginasların saxta olması ilə bağlı polisə müraciət edib.

Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı İsmayılov Elnur, 60 yaşlı Nəsrullayev İrac, 44 yaşlı Vəliyev Asif və 33 yaşlı Məmmədov İlham müəyyən olunaraq saxlanılıblar.