Bakıda və Xaçmazda dəm qazından boğulma halları qeydə alınıb
Bakıda 30 yaşlı kişi, Xaçmazda isə 82 yaşlı qadın dəm qazından boğularaq ölüblər.
meqale.com APA-ya istinadən xəbər verir ki, Yasamal rayon ərazisində 1993-cü il təvəllüdlü Nicat Bayramov yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Bundan başqa Xaçmaz rayon sakini, 1941-ci il təvəllüdlü Malikə Şərifova dəm qazından boğularaq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.