Bakıdakı uşaq sığınacağında VİRUS YAYILDI
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq virusa yoluxub.
meqale.com xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Virusa yoluxan uşaqlar xəstəxanaya yerləşdiriliblər. Altı uşaq isə sığınacaqda müalicə alır.