Bakıdakı yanğın tam söndürülüb - Xəsarət alan var - YENİLƏNİB - VİDEO
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
-------
21:07
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.
Bu barədə meqale.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.
Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Hazırda tədbirlər davam etdirilir.
-------
20:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən meqale.com-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
------- 20-29 Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın başlayıb. meqale.com xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun