Bakının bu qəsəbəsində işıq olmayacaq
Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan meqale.com-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 13 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada elektrik avadanlıqlarında təmir-təftiş və laboratoriya sınaq işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:30-dan 11:30-dək Maştağa qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.