Bakının iki rayonunda qaz kəsiləcək

Bu gün paytaxtın Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bakının iki rayonunda qaz kəsiləcək
Bu gün paytaxtın Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq.

meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin, Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə mayın 3-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.