Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO

Bakının tam mərkəzində, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin tinində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılıb.

Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
Bakının tam mərkəzində, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin tinində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.

Nəsimi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin kəsişməsində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılması faktı aşkarlanıb. Müraciətdən dərhal sonra işlər RİH-in əməkdaşları tərəfindən dayandırılıb və konstruksiyanın sökülməsi təmin olunub.

Fotoları təqdim edirik: