Banklara ən çox borcu olan rayonlar - CƏDVƏL

31 yanvar 2025-ci il tarixinə bankların ölkə üzrə fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin həcmi 27 mlrd. 514 mln. 700 min manat təşkil edib.

Banklara ən çox borcu olan rayonlar - CƏDVƏL
31 yanvar 2025-ci il tarixinə bankların ölkə üzrə fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin həcmi 27 mlrd. 514 mln. 700 min manat təşkil edib.

meqale.com valyuta.az-a istinadən xəbər verir ki, onun 23 mlrd. 160 mln. 515 min manatı milli valyutada, 4 mlrd. 354 mln. 184 min manatı isə sərbəst dönərli valyutada (SDV) verilmiş kreditlər təşkil edib. 

Məlumata əsasən, milli valyutada ən çox kredit verilmiş rayonlar Bakı iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu və Gəncə-Daşkəsən iqtisadi rayonudur.

Cari ilin 31 yanvar tarixinə Bakı iqtisadi rayonunda milli valyutada 16 mlrd. 854 mln. 123 min manat, Abşeron-Xızı iqtisadi rayonunda 1 mlrd. 54 mln. 636 min manat və Gəncə-Daşkəsən iqtisadi rayonunda 803 mln. 978 min kredit verilib. 

Ümumi siyahı ilə cədvəldən tanış ola bilərsiniz:

SDV-də ən çox kredit verilmiş rayonlar Bakı iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu 45 mln. 936 min manat olub. 

Bu rayonlarda müvafiq olaraq 4 mlrd. 192 mln. 423 min manat, 56 mln. 242 min manat və  45 mln. 936 min manat SDV-də kredit verilib. 

Digər rayonlar üzrə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Əlavə edək ki, milli valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin ən yüksək olduğu bölgə Dağlıq Şirvan iqtisadi rayonu (19.41 %), Şirvan-Salyan iqtisadi rayonu (19.35 %) və Qarabağ iqtisadi rayonu (19.20 %), SDV-də verilmiş kreditlər üzrə isə ən yüksək faiz dərəcəsinə malik rayonlar Lənkəran-Astara iqtisadi rayonu (7.61 %), Dağlıq Şirvan iqtisadi rayonu (7.36 %) və Quba-Xaçmaz iqtisadi rayonudur (6.67 %).

Milli valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin ən aşağı olduğu bölgələr Bakı iqtisadi rayonu, Naxçıvan iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonu . 

Bu bölgələrdə milli valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi müvafiq olaraq 13.66 %, 14.66 % və 16.33 % olub.