Banqladeşdə gərginlik: Hindistan təşvişə düşdü...

Hindistan hökuməti Banqladeşlə sərhəddə yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək və oradakı vəziyyətə nəzarət etmək üçün komitə yaradıb.

Banqladeşdə gərginlik: Hindistan təşvişə düşdü...
Hindistan hökuməti Banqladeşlə sərhəddə yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək və oradakı vəziyyətə nəzarət etmək üçün komitə yaradıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Amit Şah məlumat yayıb.

Onun sözlərinə görə, komitəyə Şərq Komandanlığının Sərhəd Təhlükəsizliyi Qüvvələri rəhbərlik edəcək.

"Hindistan vətəndaşlarının, etnik hindlilərin və orada yaşayan digər azlıqların təhlükəsizliyini təmin etmək üçün Banqladeşdəki səlahiyyətlilərlə əlaqə imkanları saxlayacaq", - Şah əlavə edib.