Banqladeşdə qırıcı qəzaya uğradı, pilot öldü
Banqladeşdə döyüş təlimi təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot həlak olub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Banqladeş Silahlı Qüvvələrinin informasiya xidməti məlumat yayıb.
"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 təlim təyyarəsi Çittaqonq şəhərinin Patenqa ərazisində mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu katapult edərək xilas olublar", - məlumatda deyilir.
Üçüncü pilot xəstəxanada dünyasını dəyişib.
Təyyarənin səhər saatlarında Karnaxuli çayına düşdüyü bildirilir. Dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün çalışırlar.