“Barselona” “Betis”lə heç-heçə edib
İspaniya La Liqasında XXX turun görüşləri davam edir.
meqale.com xəbər verir ki, lider "Barselona" öz meydanında "Real Betis"i sınağa çəkib.
Qarşılıqlı qollar şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, kataloniyalılar xallarının sayını 67-yə çatdıraraq, ən yaxın izləyicisi "Real Madrid"lə xal fərqini 4-ə yüksəldib.