“Barselona”da ciddi İTKİ: final və ÇL-də oynamayacaq
"Barselona" vacib oyunlar ərəfəsində ciddi itki ilə üzləşib.
meqale.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Robert Levandovski sıradan çıxıb.
Hücumçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu zaman ərzində isə o, vacib oyunlarda komandasına komandasına kömək edə bilməyəcək.
Polşalı "Real"la final görüşünü və "İnter"lə Çempionlar Liqası yarımfinalının ilk matçını buraxacaq.