“Barselona” Messinin şkafını satır - FOTO
İspaniyanın "Barselona" klubu təmirdə olan stadionu "Kamp Nou"dan çıxarılan argentinalı hücumçu Lionel Messinin istifadə etdiyi şkafı satışa çıxarıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusi hərracda satılacaq şkafın başlanğıc qiyməti 350 min avrodur. Hərrac isə yanvarın 23-ü baş tutacaq.
Bundan başqa, İspaniya nəhəngi sabiq ulduzları Ronaldinyo, Neymar, Cerard Pikenin şkaflarını, eləcə də oyunlarda istifadə olunan künc bayraqlarını satışa çıxarıb.