"Barselona"nın keçmiş ulduzu karyerasını bitirəcək
"İnter Mayami"nin futbolçusu Jordi Alba mövsümünün sonunda karyerasını bitirəcək.
meqale.com xəbər verir ki, bu barədə müdaifəçi özü sosial media hesabında bildirib.
O, paylaşımına "Təşəkkür edirəm, futbol", qeydini yazıb.
Bildirək ki, Jordi Alba 2023-cü ilin yayında ABŞ klubuna transfer olunub. Oyunçu yeni klubu ilə çıxdığı 68 matçda 8 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.