“Barselona”nın prezidenti Bakıdadır
"Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycana səfər edib.
meqale.com "Haqqın.az"a istinadən xəbər verir ki, o, dünən axşam saatlarında Bakıya gəlib.
Onun səfərinin məqsədi ölkəmizdə "Barselona" akademiyasının yaradılması və potensial investisiya imkanlarının axtarışıdır.
Laportanı səfərdə klubun direktorları Joan Soler və Xavyer Puiq müşayiət edib.