Baş həkim və arvadının qətlə yetirildiyi yerin görüntüləri - FOTO

Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən sabiq baş həkim, 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın öldürüldüyü evin və həyətin görüntüləri yayılıb.

Xatırladaq ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. Hələlik qətli törədən şəxs və ya şəxslər məlum deyil.