"Bavariya” 1/8 finalda, “Milan” mübarizəni dayandırdı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

meqale.com xəbər verir ki, günün ilk matçında "Milan" "Feyenoord"u qəbul edib.

Komandalar arasındakı birinci oyunda niderlandlılar qələbə qazanıb - 1:0. Cavab matçında qollu bərabərlik qeydə alınıb. Bu hesab Rotterdam təmsilçisinə sərf edib. Komanda 1/8 final mərhələsinə yüksəlib.

"Bavariya" Münhendə "Seltik"i sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən matç 1:1 hesabı ilə nəticələnib.

"Brügge" səfərdə "Atalanta"dan güclü olub. Komanda rəqibini 3:1 hesabı ilə üstələyib.