Bax o zavallılara, Bəstəkar..

54 film və tamaşaya musiqi, onlarla simfonik əsər, onillərlə müxtəlifı kollektivlərə rəhbərlik, bütün türk dünyasında sənəti və bəstələri ilə məşhurlaşmaq... "Azərbaycan əsgəri!" bəstəsi ilə könüllərdə taxt qurmaq, sonra da 19 il Şimali Kiprdə yaşayıb professor kimi çalışandan sonra vətənə qayıtmaq...

Bax o zavallılara, Bəstəkar..
54 film və tamaşaya musiqi, onlarla simfonik əsər, onillərlə müxtəlifı kollektivlərə rəhbərlik, bütün türk dünyasında sənəti və bəstələri ilə məşhurlaşmaq... "Azərbaycan əsgəri!" bəstəsi ilə könüllərdə taxt qurmaq, sonra da 19 il Şimali Kiprdə yaşayıb professor kimi çalışandan sonra vətənə qayıtmaq...

73 ilin yüksəkliyindən ətrafa baxarkən ən incə məqamları görmək, həssas nəsnələri seçmək və əyri yollardan çəkindirmək üçün dürüst yönü göstərmək.

Cavanşir Quliyevdir o.

73 yaşlı məşhur, amma çox məşhur bəstəkar, sənətçi, pedaqoq, alim və ən başlıcası, müdrik İnsan.

Cavanşir Quliyev fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyib.

"Növbədənkənar seçkilərin keçirilməsinin səbəbini bilmirəm. Lakin yüz faiz əminəm ki, xalqımız İlham Əliyevi Prezident seçəcək. Mənim özüm də İlham Əliyevi favorit görürəm və ona səs verməyi düşünürəm", - bəstəkar deyib.

Ağsaqqal sözü, ziyalı açıqlamasıdır. Millətinn uğurunu, dövlətin yüksəlişini arzulayan insanın sözləridir.

Eyni zamanda, tam həqiqətdir.

Növbədənkənar prezident seçkilərində İlham Əliyevin qələbəsinə şübhə etmək gerçəkdən də, xəyallara qapılaraq gerçəkləri inadla görməməkdir.

Şah Qacar dönəmində millətimizə yük edilmiş Qarabağ müşkülünü çözən, 30 illik erməni işğalına son qoyan, bütün təzyiqlərə rəğmən yürütdüyü siyasi kursdan bir addım geri çəkilməyən, ordumuzu faktiki olaraq yenidən yaradan və Azərbaycanı indi bölgənin ən güclü dövlətlərindən birinə çevirən İlham Əliyev xalq üçün çalışdığından, xalq onu tam dəstəkləyir.

Seçkilərin favoriti də məhz odur və əksini iddia etmək absurddur.

Cavanşir Quliyev də bunu deyib.

Amma sosial şəbəkələrdə ona qarşı hədyanlar yazılır, "tənqid"lərə tuş edilir, təhqirlərə urcah olunur.

Səbəb?

Sən demə, türk ulusunun gözdələrindən olan bəstəkarımız belə deməməliymiş.

Sən demə, o, qatı və ən radikal müxalif mövqedə durmalı, illüziyalara qapılmalı, yalanlar söyləməliymiş.

Sən demə, o, Cavanşir Quliyev olmamalıymış.

Koramal səmanın ənginliyinin, yarasa Günəşin nurunun, ağac qurdu dənizin dərinliyinin səsinin nə olduğunu bilməz. Sosial şəbəkələrdə Cavanşir Quliyevi "hədəfə" seçənlər də Bəstəkarın sənətindən, özündən, mənəviyyatından və əqlindən bixəbər zavallılardır.

Belə klaviatura "cəsur"ları yalnız kin emal etməyi, nifrin ötürməyi, xudpəsəndlik saçmağı bacarırlar.

Çünki millət və dövlət üçün yaxşı nə varsa, onlar üçün pisdir.

Çünki Azərbaycanın nəfinə nə gərəkdirsə, onlara ziyandır.

Onlar zavallı, məzlum, bitmiş varlıqlardır.

Bax o zavallılara, Bəstəkar. Bağışla onları - Məsih də ona daş atanları əfv etmişdi.

Zira bu biçarələr nə etdiklərini anlamırlar.

Xalq Liderini seçib və seçəcək.

Seçimi edən böyük Xalqdır - xalqın sözü isə haqqın sözüdür...

Elçin Alıoğlu meqale.com