Bayden jurnalistləri qorumaq qərarına gəldi

ABŞ prezidenti Co Bayden tezliklə bütün dünyada jurnalistlərin təqiblərinə qarşı mübarizəyə yönəlmiş sərəncam imzalayacaq. 

Bayden jurnalistləri qorumaq qərarına gəldi
ABŞ prezidenti Co Bayden tezliklə bütün dünyada jurnalistlərin təqiblərinə qarşı mübarizəyə yönəlmiş sərəncam imzalayacaq. 

meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.  

"Yaxın həftələrdə prezident bütün dünyada mətbuat azadlığının pozulmasına cavab olaraq icra sərəncamı imzalayacaq", - Ağ Evin sözçüsü bildirib. 

O, Baydenin bunu milli təhlükəsizliyə ciddi təhdid adlandıracağını və mətbuatı susdurmağa çalışanlara qarşı sanksiyalar və viza qadağaları da daxil olmaqla tədbirlər görəcəyini söyləyib. 

Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən elan edilib və hər il mayın 3-də qeyd olunur.