Baydendən növbəti qəribə hərəkətlər
ABŞ prezidenti Co Bayden növbəti dəfə qəribə hərəkətləri ilə gündəmə gəlib.
meqale.com unikal.az-a istinadən xəbər verir ki, qatıldığı tədbirlərdən birində Bayden səhnəni necə tərk edəcəyini bilməyib.
O, ətrafındakı insanlardan "İndi nə edim?", - deyə soruşub.
O, həmçinin, "Reyncers"in oyunçusu Natan Eovaldiyə qəribə təriflər yağdırıb və onun geyimini tərifləyib.
Bayden ona hədiyyə edilən forma və kovboy çəkməsini təhvil alan köməkçisindən zarafatla "Mənim maykamı oğurlayırsan?", -deyə soruşub. Aparıcı isə Baydenə səhnəni tərk etməsini xatırlatmalı olub.