Baydendən Rusiyaya daha bir qadağa
Prezident Co Bayden Rusiya uranının ABŞ-a idxalını qadağan edən qanunu imzalayıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Prezident Rusiyada və ya Rusiya müəssisəsi tərəfindən istehsal olunan şüalanmamış az zənginləşdirilmiş uranın idxalını qadağan edən "Rusiya uranının idxalını qadağan edən qanun"u imzalayıb", - məlumatda deyilir.