Ukrayna büdcəsinin yarısını Qərbin yardımı təşkil edib

Ukraynanın 2023-cü il büdcəsinin maliyyələşdirilməsinə daxil olan bütün vəsaitlərin demək olar ki, yarısı xaricdən alınıb.

Ukrayna büdcəsinin yarısını Qərbin yardımı təşkil edib
Ukraynanın 2023-cü il büdcəsinin maliyyələşdirilməsinə daxil olan bütün vəsaitlərin demək olar ki, yarısı xaricdən alınıb.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə Ali Radanın rəsmi "Telegram" kanalında məlumat yayılıb.

Parlamentin büdcə komitəsinin sədri Roksolana Pidlasın sözlərinə görə, 2023-cü ilin əvvəlindən Qərbin respublikaya büdcə yardımı 25,3 milyard dollar təşkil edib. "İlin birinci yarısında xarici resurslar bütün ümumi fond daxilolmalarının 49,1 faizini təşkil edib", - o, vurğulayıb.