Baydenin işçiləri Ağ Evdən maşın-maşın məxfi sənəd çıxarırlar
Ağ Evin hazırkı rəhbəri Co Bayden məxfi sənədlərlə dolu yük maşınları ilə Ağ Evi tərk etməyi planlaşdırır.
meqale.com-ın xəbərinə görə, bu barədə "Associated Press" (AP) agentliyi məlumat verib.
"Köçmək üçün yük maşınları artıq Ağ Evdədir və Baydenin işçiləri sənədləri yükləyirlər, çünki o, gələn həftə oradan köçməyə hazırlaşır", - deyə nəşr bildirib.
Agentlik qeyd edir ki, vəzifədən gedən administrasiya Ağ Evdən hansı sənədlərin çıxarılacağını yoxlamaq üçün yeni və təhlükəsiz protokol vəd edib.