Bayram günlərində yol qəzalarında ölənlərin sayı açıqlandı
Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, bu barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, nəticədə 8 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.