Belarusda prezident seçkiləri keçiriləcək - BU TARİXDƏ

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqlayıb.

Belarusda prezident seçkiləri keçiriləcək - BU TARİXDƏ
Belarus Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqlayıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Belarus MSK rəhbəri İqor Karpenko bildirib.

Onun sözlərinə görə, prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.

Qeyd edək ki, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkodur. O, 2020-ci ilin yayında keçirilən prezident seçkilərindən sonra 6-cı dəfə qalib gəlib.