“Beləsinin ağıl kitabı bağlanıb” - Faiq Ağayevdən “atasız qızı oğluna almayan” aparıcıya
Xalq artisti Faiq Ağayev "atasız qızı oğluma almaram" deyən Nigar Fərhadı tənqid edib.
meqale.com xəbər verir ki, bu barədə o, sosial media hesabında status yazıb:
"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi icazə vermərəm. Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi.