Belqorod atəşə tutuldu - 9 nəfər yaralandı

Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb.

Belqorod atəşə tutuldu - 9 nəfər yaralandı
Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

"Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır", - vilayətin rəhbəri qeyd edib.

Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.

"Evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanıb", - qubernator vurğulayıb.