Belqoroda raket hücumu: Putinə məlumat verildi
Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Belqorodun yaşayış məntəqələrinə hücumu barədə məlumat verilib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutması nəticəsində azı on nəfər ölüb, 45 nəfər yaralanıb", - Kremldən verilən açıqlamada vurğulanıb.
Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib.