“Beşiktaş”dan növbəti qələbə
Türkiyə Super Liqasında XXVI tura start verilib.
meqale.com xəbər verir ki, bu gün iki matç keçirilib.
"Beşiktaş" "Kayserispor"u qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. İlk hissənin sonlarında Joao Mario hesabı açıb.
İkinci yarıda "Qara qartal" daha bir qol vurub. Semih Kılıçsoy penaltini dəqiq yerinə yetirib - 2:0.