Paşinyan Sarkisyanın bu məktubunu dərc edəcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın açıqlamalarına cavab olaraq, Qarabağ danışıqlarına dair sənədləri və Sarkisyanın prezidentliyi dövründə yazdığı məktubu ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

meqale.com-ın xəbərinə görə, Paşinyan bildirib ki, danışıqların əsas materialları, o cümlədən 2019-cu ili əhatə edən sənədlər artıq hazırlanıb və surətləri çıxarılır. 

O, ilin sonuna qədər bir neçə publik sənədi əlavə edərək bunları dərc edəcəyini vurğulayıb.

Baş nazir həmçinin Serj Sarkisyanın prezidentlik dövründə yazdığı məktubu da paylaşacağını qeyd edib və diqqət çəkən bir mesajla əlavə edib: 

"Sənin bir məktubunu da dərc edəcəyəm, elə düşünmə ki, səni hesaba almamışam. Oyananda digər siyasətçiləri də xəbər edərsən".