Beyin damarlarının fəaliyyətinə faydalıdır

Niderlandın Maastrixt Universitetinin alimləri mütəmadi olaraq qızardılmış, duzsuz yerfındığını yeməyin beyin fəaliyyətini dəstəkləməyə və yaddaşın yaşla əlaqəli zəifləməsini yavaşlatmağa kömək edə biləcəyini müəyyən ediblər.

meqale.com xəbər verir ki, tədqiqatın nəticələri "Clinical Nutrition" jurnalında dərc olunub.

Araşdırmada 60-75 yaş arası 31 nəfər iştirak edib. Onlar 16 həftə ərzində hər gün 60 qram qabıqlı yerfındığı yeyiblər. Dörd aydan sonra həkimlər beyin qan dövranında 3,6% artım və yaddaş göstəricilərində təxminən 6%-lik yaxşılaşma müşahidə ediblər. İştirakçılar həmçinin qeyd ediblər ki, onlarda təzyiq bir qədər azalıb.