"İranda bir həftədir internet yoxdur"
Düz bir həftə əvvəl İran rəqəmsal qaranlığa bürünüb, çünki hökumət xalqı internetsiz qoyub.
meqale.com report-a istinadən xəbər verir ki, bu, "NetBlocks" qlobal internet monitorinq təşkilatının məlumatında qeyd olunub.
Bildirilib ki, İran hökumətinin məqsədi təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq metodunu dünya ictimaiyyətindən gizlətməkdir.