Kiprdə itkin düşən iş adamının meyiti tapıldı

Kiprdə itkin düşən rusiyalı iş adamı, "Uralkaliy" şirkətinin keçmiş rəhbəri Vladislav Baumqertnerin meyiti tapılıb.

Kiprdə itkin düşən iş adamının meyiti tapıldı
Kiprdə itkin düşən rusiyalı iş adamı, "Uralkaliy" şirkətinin keçmiş rəhbəri Vladislav Baumqertnerin meyiti tapılıb.

meqale.com oxuya istinadən xəbər verir ki, onun cəsədi ötən gün tapılıb. Bu gün aparılan məhkəmə-tibbi ekspertizası cəsədin 56 yaşlı iş adamına məxsus olduğunu təsdiqləyib.

Sahibkar yanvarın 7-də Kiprdəki evindən çıxdıqdan sonra itkin düşmüşdü.

Ölüm səbəbi müəyyən edilməyib, qəzadan cinayətə qədər müxtəlif versiyalar nəzərdən keçirilir.

Yayılan məlumata görə, iş adamı qayaya dırmaşmaq həvəskarı olub və yenidən çətin bir marşrutla getmək qərarına gəlib.

Mənbələr bildiriblər ki, həmin gün Kiprdə küləkli hava şəraiti müşahidə edilib. Onun meyiti dağlıq ərazidə tapılıb və cəsədi çürümə mərhələsində olub.

Xəbərdə bildirilir ki, sözügedən sahibkar 2005-ci ildən 2011-ci ilə qədər "Uralkaliy" şirkətinə rəhbərlik edib. O, 2013-cü ildə Belarusda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edildikdən sonra daha çox məşhurlaşıb.