Bir müddət əvvəl ləğv edilən parkinqə yenidən icazə verildi - FOTO
Nizami rayonunda yerləşən "Laçın" ticarət mərkəzinin qarşısında yenidən avtomobillər saxlanılır.
meqale.com oxuya istinadla xəbər verir ki, maşınlardan təmizlənən ərazidə yenidən park edilən avtomobillər piyadaların hərəkətinə narahatlıq törədir.
Əvvəl qanunsuz parkinq olsa da, indi isə daha səliqəli formada avtomobillərin saxlanılmasına icazə verilib.
Qeyd edək ki, bir müddət öncə məsələ ictimailəşdirildikdən sonra sözügedən ərazidə avtomobil saxlanılması qadağan edilmişdi.