Onlara çoxgirişli vizaların verilməsi qadağan edildi
Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxgirişli Şengen vizalarının verilməsini dayandırıb.
meqale.com xəbər verir ki, yeni qərara əsasən, əksər rusiyalılar indi yalnız birdəfəlik viza ala biləcəklər.
İstisna yalnız Aİ sakinlərinin ailə üzvləri və nəqliyyat sektorunda çalışanlar üçün nəzərdə tutulur.
Komissiyanın sözçüsü Markus Lammert bildirib ki, bu addım Rusiya vətəndaşlarının hər səfər öncəsi yenidən viza müraciəti etməsini təmin edəcək və sənədlərin daha ciddi yoxlanılmasına imkan verəcək.
Yeni qaydalar 6 noyabrda qəbul edilib, 7 noyabrda isə qüvvəyə minib.