Bir reklamdan 4 milyon 200 min manat qazanacaq

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni reklam layihəsindən əldə edəcəyi yüksək qonorarla diqqət mərkəzinə düşüb.

Bir reklamdan 4 milyon 200 min manat qazanacaq
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni reklam layihəsindən əldə edəcəyi yüksək qonorarla diqqət mərkəzinə düşüb.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bir bankla imzaladığı reklam müqaviləsi çərçivəsində 106 milyon lirə qazanacaq. Bu məbləğ təxminən 4 milyon 200 min manata bərabərdir.

Xatırladaq ki, Kıvanç Tatlıtuğ son olaraq tamaşaçıların böyük maraqla izlədiyi "Ailə" serialında baş rolda çıxış edib.