Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmayılov Habil Oruc oğlunun meyitinin qalıqları Lənkərana gətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.

meqale.com Trend-ə istinadən bildirir ki, şəhidin nəşi rayonun Kərgəlan kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.