Birinci Qarabağ müharibəsinin şəhidi Lənkəranın Şağlasər kəndində dəfn olundu
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Musayev İbad Musarza oğlunun meyitinin qalıqları Lənkəran rayonuna gətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.
meqale.com Trend-ə istinadən xəbər verir ki, şəhidin nəşi rayonun Şağlasər kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.
Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.