BMT-nin 92 əməkdaşı həlak olub

Fələstin - İsrail münaqişəsinin kəskinləşməsindən bəri BMT-nin 92 əməkdaşı həlak olub.

BMT-nin 92 əməkdaşı həlak olub
Fələstin - İsrail münaqişəsinin kəskinləşməsindən bəri BMT-nin 92 əməkdaşı həlak olub.

meqale.com olke.az-a istinadən bildirir ki, bu barədə dünya təşkilatının Baş katibi Antoniu Quterreş bildirib.

"Təsəvvür edə bilərsinizmi ki, Qəzza zolağında münaqişə yerində 92 həmkarını itirmiş bir təşkilatı idarə etmək nə deməkdir? Sizə deməliyəm ki, bu, çox çətindir", - Quterreş deyib.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq "müharibə hazırlığı" elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin "müharibə vəziyyətinə" girdiyini bəyan edib. Əməliyyat "Dəmir qılınclar" adlandırılıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun